Messi Fransada yeni antirekord müəyyənləşdiribbackend

Messi Fransada yeni antirekord müəyyənləşdirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi Liqa 1-də mövsüm ərzində qapı tiri və dirəyinə tuş gələn zərbələrin sayına görə antirekord müəyyənləşdirib.

Tia.az “Opta”ya istinadən xəbər verir ki, argentinalı hücumçu 10 dəfə bu şanssızlığı yaşayıb. Müvafiq statistik məlumatlar toplanmağa başladıqdan sonra heç bir futbolçu belə halla üzləşməyib.

Qeyd edək ki, 35 yaşlı forvard bu mövsüm Fransa çempionatında 23 oyuna çıxıb. Ulduz futbolçu bu matçlarda 4 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.