Məşhurların əsl adı belə imiş (SİYAHI)backend

Məşhurların əsl adı belə imiş (SİYAHI)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Şou biznes nümayəndələrinin bir çoxu əsl adı ilə deyil, özlərinə seçdiyi adlarla məşhurlaşıblar. Atv kanalında yayımlanan “7 canlı” proqramında müğənnilərin əsl adları açıqlanıb.
TİA.AZ xəbər verir ki, müğənni Mənzurə Musayeva, meyxanaçı Tərlan Novxanı və prodüser Təranə Səmədovanın qonaq olduğu verilişdə sənətçilərin keçmiş adları təqdim edilib və onlardan bu adların hansı müğənnilərə aid olduğu soruşulub.
Sənətçilər bəzi həmkarlarının adlarını tapa bilsələr də, böyük əksəriyyətini tapmaqda çətinlik çəkiblər.
BAKU.WS həmin adları təqdim edir:
Aynurə Qəzənfər qızı – Nura Suri
Samirə Babakişiyeva – Ayan Babakişiyeva
Günel Məmmədli – Nəfəs
Nərminə- Mina Hüseyn
Samirə Şahverdiyeva- Bahar Lətifqızı
Tərlan Cavadaov – Tərlan Novxanı
Rəna Ağamuradova- Renka “Black Angel”
Anaxanım Tağıyeva – Azərin
Nərgiz Əliyeva – Xatun Əliyeva
Cavanşir Zeynalov – Cavan Zeynallı
Fərid Eminov – Qurd
Azər Şabanov – Azər Axşam
Əlikram Urşan oğlu – Əlikram Bayramov
Niyaməddin Səfərov – Niyam Səlami