Məşhur yazıçı Şakrakı Azərbaycana gətirdi: “Məqsədimiz milli ruh və düşüncəni yaymaqdır” – VİDEOMÜSAHİBƏbackend

Məşhur yazıçı Şakrakı Azərbaycana gətirdi: “Məqsədimiz milli ruh və düşüncəni yaymaqdır” – VİDEOMÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla birgə qardaşlıq layihəsi planlaşdırırıq. Şakrak Azərbaycana səyahət edəcək və bütün uşaqlar onun gözü ilə bu gözəl ölkəni tanımış olacaq…”

Bunu Yenicag.az-a müsahibəsində Azərbaycanda qonaq olan türkiyəli yazıçı Ayşe Gül Kara Zorlu deyib.

Şakrak adlı qəhrəmanı ilə dünyada tanınan xanım yazar bu obrazla bağlı düşüncə və təəssüratlarını, eləcə də gələcək planlarını paylaşıb.

Uşaqların əcnəbi cizgi filmləri ilə böyüdüyü və özlərini həmin xarakterlərə bənzətdiyi bir dönəmdə o, türk dünyasına məxsus personajın yaradılmasına ehtiyac duyulduğunu vurğulayıb. Elə bu səbəbdən də Şakrak obrazını yaradıb.

Yazıçının sözlərinə görə, məqsədi Şakrakın timsalında uşaqlara milli dəyər, ruh və düşüncəni aşılamaqdır.

Onu da öyrəndik ki, Ayşe Gül Kara Zorlu bu istiqamətdə daha böyük layihələrə imza atmağı planlaşdırıb. Azərbaycanı da əhatə edəcək bu layihələrlə bağlı yazıçının ölkəmizə səfərləri də davamlı olacaq.

Daha ətraflı videomüsahibəni təqdim edirik: