Məşhur yazar Safon vəfat etdibackend

Məşhur yazar Safon vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyaca məşhur ispan yazar Karlos Ruis Safon dünyasını dəyişib. TİA.AZ  xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.

Xərçənglə mübarizə aparan yazıçı 55 yaşında həyatını itirib.

Qeyd edək ki, Safonun “Mələyin oyunu”, “Cənnət məhbusu”, “Marina” kimi əsərləri məşhurdur. Onun “Küləyin kölgəsi” romanı 40-dan çox ölkədə yayımlanıb, 30 dilə tərcümə olunub.