Məşhur veteran futbolçu komandasından 10 nəfəri qovdu, öz oğlunu dəvət etdibackend

Məşhur veteran futbolçu komandasından 10 nəfəri qovdu, öz oğlunu dəvət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“İnter Mayami”nin baş məşqçisi Fil Nevill MLS-dəki zəif nəticələrdən sonra siyahıda dramatik dəyişikliklər edib.
TİA.AZ xəbər verir ki, İngiltərə fubolunun əfasnəsi Devid Bekhemə məxsus klubda Nevil pis nəticələrdən sonra heyətdə mühüm dəyişikliklər edib.
Ötən həftə MLS-də pley-off mərhələsindən kənarda qalacağı müəyyənləşən komandanın gələcək planları ilə bağlı iclas keçirən baş məşqçi 10 nəfəri heyətdən kənarlaşdırıb. Corc Akosta, Ventura Alvarado, Dilan Kastanheyra, Cey Çapman, Sami Gediri, Kelvin Lirdam, Con Makkarti, Coş Penn, Patrik Seaqrist və Victor Ulloa maaş limiti cəzasına görə heyətdən kənarda qalıb.
Nevill Qonzalo İquayn və Blez Matuidi kimi oyunçuların çıxış etdiyi “İnter Mayami”yə “Fort Lauderdeyl”dən bəzi oyunçularla yanaşı öz oğlu Harvi Nevilli də dəvət edib. Ata Nevil Harvi iilə bağlı açıqlama da verib: “Onun yaxşı inkişaf prosesi gedəcəyi çox yol var.  Lakin, bir müddət MLS-də bizimlə olacaq”.
Bekhemin oğlu Romeo Bekhem də “İnter Mayami”nin “farm-klub”u olan “Fort Lauderdeyl”in formasını geyinir.