Məşhur ukraynalı yazıçı döyüşdə həlak oldubackend

Məşhur ukraynalı yazıçı döyüşdə həlak oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Məşhur ukraynalı yazıçı Yuri Ruf Luqansk vilayətində gedən döyüşlərdə həlak olub.
TİA.AZ Unian-a istinadən xəbər verir ki, Yuri Ruf Rusiyanın Ukraynaya hücum etdiyi ilk gündən – fevralın 24-dən Silahlı Qüvvələrin 24-cü mexanikləşdirilmiş briqadasının sıralarına qoşulmuşdu. Martın 3-də ilk döyüşünə çıxan yazıçı dünən həlak olub.
Qeyd edək ki, Yuri Ruf 1980-ci ildə Ternopol vilayətində anadan olub. 14 yaşında şeir yazmağa başlayan yazıçının 2011-ci ildə “Yuri Ruf” təxəllüsü ilə yazdığı kitabı nəşr olunub.
Yuri Ruf 2015-ci ildə “Millətin Ruhu” ədəbi layihəsinin əsasını qoyub. Şair və ictimai xadim kimi tanınan yazıçı evli idi və iki qızı qalıb.
İmran Kərimli