Məşhur rus müğənni: “Bunlar hamısı bir nəfərin xəstə ambisiyaları üzündən baş verir”backend

Məşhur rus müğənni: “Bunlar hamısı bir nəfərin xəstə ambisiyaları üzündən baş verir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Müharibələr bəşəriyyət yaranandan bəri mövcuddur”.
 
TİA.AZ xəbər verir ki, rusiyalı məşhur musiqiçi Andrey Makareviçin Facebook sosial şəbəkəsində Rusiya prezidenti Vladimir Putinin ünvanına işlətdiyi sərt fikirlər bu sözlərlə başlayır.
“Bizim əsrdə bunun birdən-birə sona çatdığını güman etmək, yəqin ki, sadəlövhlük olardı. Amma: iki həftə ərzində minlərlə ölüm, yüz minlərlə qaçqın, dağıdılan şəhərlər – bunların hamısı bir insanın xəstə ambisiyaları ucbatından baş verir! Biz orta əsrlərdəmi yaşayırıq?” – Makareviç ruslara ritorik sual verərək yazıb.
O əlavə edib ki, hər gün ona indi tam ümidsizliyə düşən tanışlarından zənglər gəlir.
“İnsanlar mənə hər gün zəng edir. Onlar çox yaxşı insanlardır. Bəziləri artıq gedib, bəziləri hələ getməyib. Əllərindən nəsə bir şey gəlmədiklərinə, vəziyyətə hansısa şəkildə təsir edə bilmədiklərinə görə tamamilə ümidsizdirlər. Bir gecədə dağıdılan dünya üçün dəlicəsinə təəssüflənirəm”, – Makareviç qeyd edib.
Xatırladaq ki, bundan bir neçə gün əvvəl Makareviç ölkəsinin dəli olduğunu və ona kömək edə bilməyəcəyini bildirən təsirli bir video çəkmişdi.