Məşhur robot təqaüdə çıxdı – Videobackend

Məşhur robot təqaüdə çıxdı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın “Honda” texnologiya şirkəti insanabənzər robot Asimo layihəsini dayandırıb, robotu təqaüdə göndərib.

TİA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın ən məşhur robotu Asimo Yaponiyada son şousunu edib.

O, tamaşaçıları salamlayaraq alqışlarla rəqs şousuna başlayıb. Asimo Tokioda öz məharətini nümayiş etdirdiyi şousu ilə vidalaşıb.

2018-ci ilə qədər 7 nəsildə inkişaf etdirilən Asimo üçün istehsalçıları təqaüdə çıxmaq qərarına gəlib

Qeyd edək ki, Yaponiyanın avtomobil istehsalçısı “Honda Motor” 2000-ci ildə Asimonun ilk modelini nümayiş etdirib.

“Danışan insanabənzər robot” kimi təqdim edilən Asimo 2002-ci ildən bu yana 20 il ərzində bir çox ölkədə çıxış edərək öz bacarığını nümayiş etdirib.