Məşhur professordan sensasion ÇIXIŞ: “Pandemiya bir ssenari idi”backend

Məşhur professordan sensasion ÇIXIŞ: “Pandemiya bir ssenari idi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin tanınmış kardioloqu, professor Canan Karatay dünən qonaq olduğu “A haber” kanalının “Melih Altınok ilə Sepep Sonuç” adlı verilişdə COVİD-19 pandemiyasının bir ssenari olduğunu iddia edib.

TİA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, pandemiya müddətində maska taxmadığını deyən professor uzun müddətdir ekranlarda görünməməsinin səbəbini belə izah edib:

“Həm bir etiraz idi, həm də arzuolunmadıq. Tv-lərdə qonaq olanda həşərat kimi üstümüzə dərman vururdular. Biz asqırıb öskürdük. Mən də heç bir kanala getmək istəmədim. Kanallar da sanki embarqo varmış kimi aradan qaldırmadılar.

Bu bir ssenaridir. Pandemiya sözünü viruslarda eşitmişik. Ondan əvvəl də Türkiyədə pandemiya olub. Obez, depressiya, şəkər pandemiyası və.s. Amma bunlar haqqında danışılmır. Fəqət bu ssenarinin həyata keçirilməsi üçün lazım olanlar edildi. Heç maska taxmadım, sadəcə cərimə ödəməmək üçün boynumda asdım. İllərdir ki, vaksinlərin effektiv olmadığını deyirəm, qripin vaksini, dərmanı olmaz, xəstənin immuniteti güclənməlidir”, – Canan Karatay bildirib.

Sağlamlığa faydalı olan məhsullardan danışan professor qeyd edib ki, qatıq ömrü uzadır:
“İstədiyiniz qədər evdə təbii üsullarla mayalanmış qatıq yeyə bilərsiniz. Təbii mayalanmış qatıq immuniteti min qat gücləndirir, ömrü uzadır, ət də həmçinin. Sizi xəstələndirmək üçün bunları sizə qadağan edirlər”.

(publika.az)