Məşhur müğənni “Zara”nı tənqid etdi: Çörək sizə qənim olsunbackend

Məşhur müğənni “Zara”nı tənqid etdi: Çörək sizə qənim olsun

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Məşhur türkiyəli müğənni Yıldız Tilbe son reklam çarxına görə “ZARA”nı tənqid edib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İspaniyalı geyim markası ZARA-nın məhsul görüntüləri sosial mediada tənqidlə qarşılanıb.
Çörəyin üzərinə ayaqqabı yerləşdirən geyim markasına növbəti reaksiya Yıldız Tilbedən gəlib.Məşhur müğənni brendin reklamına belə reaksiya verib: “Dünyada bu qədər ac, ehtiyacı olan insanlar olduğu halda, çörəyə bu təhqir necə edilə bilər? O nemət sizə qənim olsun. Ayaqlar altında siz qalın, İnşallah”.
Qeyd edək ki, dünyanın ən böyük geyim firmalarından biri olan “ZARA” öz saytında satışa təqdim etdiyi dəri ayaqqabının reklamında çörəkdən istifadə edib.