Məşhur Məmmədov qadın seçicilərlə görüş keçirdi – FOTOLARbackend

Məşhur Məmmədov qadın seçicilərlə görüş keçirdi – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

70 saylı Masallı şəhər Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Məşhur Məmmədov YAP Masallı rayon təşkilatının mənzil-qərargahında xanım seçicilərlə görüş keçirib.

100-dən artıq fəal qadının iştirak etdiyi görüşdə çıxış edən M.Məmmədov qadınların işgüzar həyatda rolundan və iştirakından danışıb. O qeyd edib ki, ölkəmizdə həyata keçirilən islahatlardan biri də qadınların cəmiyyətdə rolunun artırılmasından ibarətdir: “Mən çox sevinirəm ki, doğma Masallıda minlərlə fəal qadın var və onlar iqtisadiyyatın müxtəlif sahələrində dövlətimizin inkişafına öz tövhəsini verirlər. Digər bölgələrdə olduğu kimi, Cənub bölgəsində də qadınların təhsilə cəlbi istiqamətində mühüm işlər görülürür və biz bunun müsbət nəticələrini artıq görürük. Təsadüfi deyil ki, ali məktəblərə keçirilən qəbul imtahanları zamanı Masallıdan olan gənc xanımlar yüksək nəticələr göstərirlər. Onların arasında 600-dan artıq bal toplayan gənc xanımların sayı az deyil. Lakin biz bununla kifayətlənməli deyilik. Bu istiqamətdə daha ciddi addımlar atılmalı və illərdən bəri formalaşmış olan streotipləri tam aradan qaldırmalıyıq”.

Deputat seçiləcəyi təqdirdə əsas diqqətini məhz bu sahəyə yönəldəcəyini deyən M.Məmmədov əlavə edib ki, 9 fevral seçkilərində Yeni Azərbaycan Partiyasının qələbəsi bütövlükdə xalqımızın qələbəsi olacaq.

Çıxış edən xanım ziyalılar bildiriblər ki, onlar dövlətimizin siyasi kursuna və hakim partiyanın namizədi Məşhur Məmmədova səs verəcəklər.

Sonda deputatlığa namizəd Məşhur Məmmədovla xatirə şəkli çəkdirilib.