Məşhur Məmmədov Prezidenti təbrik etdi: “İLHAMLI gələcəyimiz davam edəcək”backend

Məşhur Məmmədov Prezidenti təbrik etdi: “İLHAMLI gələcəyimiz davam edəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İlham Əliyevin rəhbərliyi altında Azərbaycan elə bir inkişaf yolu keçdi ki, bu gün ölkəmiz dünyanın sayılıb-seçilən, önəmli dövlətlərindən birinə çevrildi. Cənab Prezidentin qətiyyətli, düşünülmüş və məntiqli siyasəti nəticəsində illərdir işğal altında olan torpaqlarımızı azad etdik”.

Bu sözləri TİA.AZ-a açıqlamasında Milli Məclisin deputatı Məşhur Məmmədov söyləyib.

Dövlət başçısını 60 illik yubileyi münasibətilə təbrik edən Məşhur Məmmədov bildirib ki, İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın daha böyük uğurları hələ qarşıdadır: “İlham Əliyev ilk dəfə 2003-cü ilin oktyabr ayının 31-də prezident kimi and içərkən bəyan etdi ki, Azərbaycanın milli maraqlarını daim qoruyacaq və heç kimə qurban verməyəcək. Bu çox ciddi bəyanat idi və bundan sonrakı müddətdə həm daxili, həm də xarici siyasətimizlə dünyaya bir model çıxarmağı bacardıq. Bu model ölkəmizin milli maraqlarının qorunması şərtilə bütün qüvvələrlə əməkdaşlığı özündə ehtiva edirdi. Biz heç zaman tərəf olmadıq, heç bir dövlətin daxili işlərinə qarışmadıq, bunu qırmızı xətt olaraq cızdıq, heç kimin də daxili işlərimizə qarışmasına imkan vermədik. Azərbaycan əvvəlcə iqtisadiyyatını yüksəltdi, nəhəng regional layihələrin episentrində yer aldı, ordu quruculuğu istiqamətində irəlilədi və yekunda Zəfər döyüşünə hazır vəziyyətə gəldi”.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər İlham Əliyevin parlaq zəkasının, dəmir iradəsinmin və fenomenal siyasətinin məntiqi nəticəsi idi: “Qeyd etdiyim kimi, Azərbaycan qələbəyə tam hazır vəziyyətə gələndən sonra Cənab İlham Əliyev Ermənistan rəhbərliyinə xəbərdarlıq etdi. Ermənistana şans verdi və onlardan işğal etdikləri torpaqlardan çıxacağı təqvimi istədi. Lakin onlar bununla razılaşmadılar. Nəticədə çox qısa müddət ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu və qətiyyətli rəhbərliyi, şəhid və qazilərimizin canı-qanı bahasına torpaqlarımızı düşmən tapdağından xilas etdik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin! Üzərimizdə olan tarixi ləkəni sildik. Bu qələbə regionda və dünyada yeni reallıqlar yaradıb. Bu reallıq isə Azərbaycanın dünya miqyasında əhəmiyyətini daha da artırır. Bütün bunlar əminliklə söyləməyə əsas verir ki, ölkəmizin daha uğurlu və İLHAMLI gələcəyi davam edəcək”.

“Möhtərəm Prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm, Azərbaycanımızın güclənməsi, qüdrətlənməsi, tərəqqisi naminə yorulmaz fəaliyyətində ona daha böyük nailiyyətlər və müvəfəqiyyətlər arzu edirəm! Nə yaxşı ki, siz bizim Prezidentimizsiniz! Nə yaxşı ki, qismətimizə sizin kimi vətənpərvər bir şəxsiyyətin rəhbərliyi altında yaşamaq nəsib olub!” – deyərək deputat fikrini yekunlaşdırıb.

// Azər Niftiyev, TİA.AZ