MƏŞHUR MƏMMƏDOV: “PELOSİ ERMƏNİLƏRDƏN BETƏR AĞLAYIRDI”backend

MƏŞHUR MƏMMƏDOV: “PELOSİ ERMƏNİLƏRDƏN BETƏR AĞLAYIRDI”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi özünü fövqəldövlətin nüfuzlu qurumunun lideri kimi deyil, ermənilərin əlinə baxan çürük siyasətçi kimi apardı. Bu, Amerika dövləti adına yaraşmayan davranış idi. Hətta ermənilər də qondarma abidə qarşısında indiyə qədər ağlaşma qurmamışdı ki, Pelosi artistlik edərək göz yaşı axıtdı. O, ermənidən betər ermənilik elədi. Bütün bu addımlar, Azərbaycanı “təcavüzkar” adlandırmaq ittihamı Bakı ilə İrəvan arasında sülh danışıqları prosesinə ağır zərbə oldu”.

Bu fikirləri TİA.Az-a millət vəkili Məşhur Məmmədov Pelosinin səfəri ilə bağlı bildirib. Deputat hesab edir ki, siyasət sülhə xidmət etməlidir, amma Pelosi erməni puluna qulluq göstərdi: “Birləşmiş Ştatlarda erməni lobbisi dünənin məsələsi deyil, 100 ildən çoxdur ki, var, yenə olacaq. Onlardan qidalanan bəzi amerikalı siyasətçilər həmişə ermənipərəst mövqe sərgiləyirlər ki, biri də Pelosi oldu. Ümumiyyətlə, Demokratlar hər zaman qərəzlidir, erməni tərəfini tutur, onları müdafiə edirlər. Bayden 907-ci düzəlişin müəlliflərindən biridir, ona görə də baş verənlər təəccüb doğurmur”.
Məşhur Məmmədovun sözlərinə görə, Pelosinin səfərinin digər məqsədi Paşinyan hakimiyyətini qoruyub saxlamaqdır və Rusiyaya qarşı Cənubi Qafqazda mübarizəni gücləndirməkdir: “Paşinyanın hər an devrilmək riski var və müxalifət təzyiqləri artırır. Pelosi bu səbəbdən İrəvana gəlişi ilə Vaşinqtonun Paşinyan iqtidarına dəstəyini ifadə etmiş oldu. Lakin unutmayaq ki, eyni vaxtda dövlət katibi Blinken cənab Prezident İlham Əliyevə zəng etdi və sanki bununla Pelosinin günahını yumağa çalışdı. Düşünürəm ki, Ermənistanın sərhəddəki təxribatlarına Ordumuz layiqli cavab verib, Pelosinin bəyanatları əhəmiyyət kəsb etmir, Paşinyan sülh müqaviləsi bağlamağa məcbur olacaq, 10 noyabr sənədlərinin bəndlərini icra edəcək”.

TİA.Az