MƏŞHUR MƏMMƏDOV: LAÇIN ŞƏHƏRİNDƏN SONRA BAYRAĞIMIZ XOCALIDA, XANKƏNDİDƏ DALĞALANACAQbackend

MƏŞHUR MƏMMƏDOV: LAÇIN ŞƏHƏRİNDƏN SONRA BAYRAĞIMIZ XOCALIDA, XANKƏNDİDƏ DALĞALANACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyev xalqına verdiyi sözü yerinə yetirir və həqiqətən də sübut edir ki, nəyi, nə zaman edəcəyini özü yaxşı bilir. Artıq biz bu siyasətin növbəti uğurunu yaşamaqdayıq və tezliklə bayrağımız Laçın şəhərində dalğalanacaq. Hərçənd ki, ermənilər hiylə işlətmək istədilər, guya birgə bəyanatda yeni yolun istifadəsi 3 ilin sonunda nəzərdə tutulub, lakin sənəddə 3 il ərzində qeyd olunduğu üçün Azərbaycan ilyarım içində Laçın yoluna alternativ marşrutu tikib təhvil verdi, indi də Laçın, Zabux və Sus ərazilərində qanunsuz məskunlaşmış ermənilərin çıxarılmasına nail oldu. Bu, cənab Prezidentin diplomatik uğurlarının növbəti mərhələsidir”.

Bu fikirləri TİA.Az-a millət vəkili Məşhur Məmmədov Laçın şəhəri, Zabux və Sus kəndlərinin ermənilərdən tam boşaldılması ilə bağlı bildirib. Deputatın sözlərinə görə, Laçın şəhərinə nəzarətin 2023-cü ilin sonuna reallaşacağını gözləyənlər var idi: “Amma cənab İlham Əliyev nəyi, nə vaxt həyata keçirəcəyini doğurdan da yaxşı bilir. Biz tez bir vaxtda istəyimizə müvəffəq olduq və humanistlik göstərib ermənilərə 20-25 gün də möhlət verdik ki, şələ-şüləsini yığışdırıb getsinlər. Amma yenə erməni naqisliyi, xainliyi özünü göstərdi, gedərkən də evlərə, meşələrə od vurdular. Ancaq bizim yanğınsöndürənlər artıq Laçındadır və daha bir təxribata imkan verilməyəcək. Bundan sonra Laçın şəhəri laçınlılara qayıdır, torpağın əsl sahibləri geri dönəcək, Yaxın Şərqdən ora gətirilmiş ermənilər isə hara istəyirlər getsinlər. Bizim üçrəngli bayrağımız Laçında, ardınca Xocalıda, Əsgəranda, Xankəndidə dalğalanacaq”.

Millət vəkili Məşhur Məmmədov hesab edir ki, separatçı rejimin ömrünə çox qalmayıb, bölgədəki qanunsuz silahlar birləşmələr tam zərərsizləşdiriləcək, artıq ermənilərin hərbi texnikası və şəxsi heyəti bölgədən çıxmaqda davam edir, dövlət bu istiqamətdə iş aparır, eləcə də Rusiya-Azərbaycan münasibətləri çərçivəsində bir sıra məsələlər həllini tapır: “Biz ərazilərimizdə silahlı erməni qalmasına imkan verməyəcəyik. Budur hədəfimiz və ona doğru gedirik. Xankəndi və ətraf ərazilərdə qalan azsaylı ermənilər isə özləri bilər – ya Azərbaycan vətəndaşlığı, ya da Ermənistana getmək. Eyni zamanda, delimitasiya danışıqları aktivləşir, Zəngəzur dəhlizi mövzusu Türkiyə və Rusiyanın gündəmindədir, ona görə də proses davam edir və cənab Prezident bu yöndə ən ağıllı, ən düzgün strategiya quraraq, yüksək erudisiyalı siyasət yürütməkdədir”.

TİA.Az