MƏŞHUR MƏMMƏDOV: “BRÜSSEL GÖRÜŞÜ SÜLHƏ DOĞRU DAHA BİR ADDIM İDİ”backend

MƏŞHUR MƏMMƏDOV: “BRÜSSEL GÖRÜŞÜ SÜLHƏ DOĞRU DAHA BİR ADDIM İDİ”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mayın 22-də Brüsseldə keçirilən görüş sülh müqaviləsinə doğru atılan daha bir addım idi. Əlbəttə ki, sülh sazişinin tez bir zamanda imzalanacağından danışmaq olmaz. Çünki burada siyasi və texniki prosedurlar var, zaman tələb edir. Ona görə tərəflər addım-addım irəliləyir, ən əsası danışıqlarla bağlı müsbət dinamika müşahidə olunmaqdadır. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də bəyan etdi ki, iyul-avqustda növbəti görüş keçiriləcək”.
Bu sözləri Tribuna.Az-a millət vəkili Məşhur Məmmədov Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında Brüsseldə keçirilən görüş haqda danışarkən deyib.
Deputat hesab edir ki, erməni tərəfinin israrlarına baxmayaraq status məsələsi gündəmə daxil edilməmişdi: “Azərbaycanın diplomatik leksikonundan kənar heç bir ifadə işlədilmədi. Azərbaycan Prezidenti İlham Əliyev regionda yeni reallıqların müəllifidir. Əldə edilən razılaşmaya əsasən, yaxın günlərdə birgə sərhəd komissiyasının iclası keçiriləcək. Eyni zamanda, sülh sazişi ilə bağlı ortaya qoyulan yanaşma da təqdirəlayiqdir. Digər tərəfdən, Şarl Mişelin açıqlamasında “Dağlıq Qarabağ” ifadəsinin işlədilməyib, status məsələsi ümumiyyətlə olmayıb, yalnız Azərbaycanda yaşayan erməni əhalinin hüquqları barədə danışılıb ki, bunu da Azərbaycan özü həmişə deyib və onların təhlükəsizliyinə təminat verəcəyini bəyan edib. Bütün bunlar o deməkdir ki, Avropa İttifaqı Azərbaycanın müəyyənləşdirdiyi gündəliyi, reallıqları qəbul edir