Məşhur mağazalar şəbəkəsi məhkəməyə VERİLDİbackend

Məşhur mağazalar şəbəkəsi məhkəməyə VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 “Al Market” mağazalar şəbəkəsi məhkəməyə verilib.

Busaat.az xəbər verir ki, iddiaçı “Ceylan” MMC-dir. Məhkəmə çəkişməsinin səbəbi alqı-satqı üzrə mübahisələrdir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Fərrux Qasımovun icraatındadır. “Al Market” mağazalar şəbəkəsi “Al Market” MMC-yə məxsusdur. Adıçəkilən MMC-nin ölkənin aparıcı holdinqlərindən olan “Azərsun Holdinq”ə bağlı olduğu bildirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Al Market” MMC 2018-ci ilin sentyabr ayında qeydiyyatdan keçib. Nizamnamə kapitalı 3 milyon 488 min 321 manat olan şirkətin qanuni təmsilçisi Adem Tansel Tuzcudur. “Azərsun Holdinq” MMC isə 2000-ci ildə qeydiyyatdan keçib və nizamnamə kapitalı 90 milyon manatdır. Qanuni təmsilçisi Mehmet Savaş Uzandır. “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri isə Abdolbari Gözəldir.