Məşhur klubdan “Qarabağ”ın futbolçusuna TƏKLİFbackend

Məşhur klubdan “Qarabağ”ın futbolçusuna TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın futbolçusu Abdullah Zubiri Yunanıstanın “Panatinaikos” klubuna transfer oluna bilər.

TİA.AZ xəbər verir ki, 29 yaşlı Mərakeş əsilli fransalı yarımmüdafiəçinin “Panatinaikos”a yaxşı müqavilə ilə keçməyə razılıq verdiyi deyilir.

Qeyd edək ki, Abdullah Zubir 2018-ci ildə Fransanın “Lans” klubundan “Qarabağ”a keçib. 28 yaşlı futbolçu cari mövsümdə 35 oyunda 7 qol vurub, 12 məhsuldar ötürmə edib. Onun müqaviləsi mövsümün sonunda başa çatacaq.

“Panatinaikos” Yunanıstanın ən köklü klublarından biridi. 112 yaşlı klub tarixi ərzində Yunanıstan çempionluğunu (20 dəfə), ölkə kubokunu (18), Balkan Kubokunu (1) qazanıb, Çempionlar Liqasında iki dəfə yarımfinal oynayıb. //Fanat.az