Məşhur dələduz “Tosuncuk” polisə təslim oldu (FOTO)backend

Məşhur dələduz “Tosuncuk” polisə təslim oldu (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyədə 100 mindən çox şəxsi aldadaraq milyonlarla dolları ələ keçirən və uzun müddətdir beynəlxalq axtarışda olan “Tosuncuk” ləqəbli dələduz Mehmet Aydın Braziliyanın San-Paulu şəhərində polisə könüllü təslim olub.
“Hürriyət”in xəbərinə görə, 2018-ci ildə qurduğu “Çiftlik Bank” internet oyunu ilə 132 min 222 nəfərdən 1 milyard 139 milyon lirə ələ keçirərək xaricə qaçan Aydın ötən gecə San-Paulu səfirliyinə yaxınlaşaraq polisə təslim olub.
Bildirilir ki, 26 yaşlı dələduz ötən gün vəkilləri vasitəsilə “Sözçü” qəzetinə videomüraciət göndərərək təslim olmağa hazırlaşdığını deyib.