Məşhur “Chilia” mağazası Qənirə Ataşovanı belə aldatdı – VİDEObackend

Məşhur “Chilia” mağazası Qənirə Ataşovanı belə aldatdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzun müddətdir ABŞ-da yaşayan aparıcı Qənirə Ataşova Bakıya gəlib.

Aparıcı “Tarqovi”da mağazaların birində başına gələn hadisəni izləyiciləri ilə bölüşüb. O bildirib ki, şəhərin mərkəzində mağazalardan birindən aldığı bahalı geyimlə onu aldadıblar:

“Nizami küçəsində qiymətləri Azərbaycan üçün olduqca baha olan bir mağazadan aldığım paltar ilk baxışdan çox gözəldir. Dedilər, paltar italyan tərzidir, İspaniyada hazırlanıb. Bir sözlə Avropa istehsalıdır. Evdə dona diqqət edəndə etiketin altında başqa bir etiketin izini gördüm. 299 manat dəyəri olan və marka adı ilə satılan paltardan niyə əvvəlki etiket kəsilib? Bu, məndə donun keyfiyyətinə də şübhə yaratdı. Amma donu sevdim. Mənə də çox gözəl yaraşdı. Daxilən inciyirəm. Niyə bizdə müştərini aldadan sistem qurulub. Nədən alıcı aldadılsın?”.

Q.Ataşova Axşam.az-a açıqlamasında həmin mağazanın məşhur “Chilia” olduğunu deyib. O bildirib ki, paltarı bir gün sonra aparıb geri verib və pulunu alıb.