Məşhur boksçudan Ronaldoya: “Bu şəhər ikimiz üçün çoxdur”backend

Məşhur boksçudan Ronaldoya: “Bu şəhər ikimiz üçün çoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ-dan olan Deontay Uilderi nakautla məğlub etməklə ağır çəkidə Dünya Boks Konseyi kəmərini qorumağı bacaran Böyük Britaniyalı məşhur boksçu Tayson Furi “Mançester Yunayted”in portuqaliyalı superulduzu Kriştiano Ronaldoya zarafatyana sözlərlə sataşıb.
 
TİA.AZ xəbər verir ki, bu rəqibini ikinci dəfə məğlub etməyi bacaran Furi “The Sun”a açıqlamasında məşhur futbolçunun İngiltərəyə qayıdışına da toxunub: “Ronaldo “Old Trafford”a qayıtdığı üçün çox şadam. Amma bu şəhər ikimiz üçün çoxdur. Mançesterdə yaşasaydım problem olardı. Yaxşı ki, Morekambedəki avtoyolun 1 saat uzaqlığında qalıram. Arada xeyli məsafə var”.
“Mnçester Yunayted”ə azarkeşlik edən Furi ən yaxşı döyüşçünün məhz özü olduğunu da deyib: “Mənimlə döyüşmək məcburiyyətində qalan hər kəs üçün üzülürəm. Dövrümün ən yaxşı döyüşçüsü mənəm. Tarixdəki istənilən rəqibimi məğlub edə biləcəyimə inanıram”.