Məşhur bloqer zarafat etdi: “Bircə koronavirusa yoluxsaydım…” – Yoluxdu və… öldübackend

Məşhur bloqer zarafat etdi: “Bircə koronavirusa yoluxsaydım…” – Yoluxdu və… öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur hökumətyönlü iranlı bloqer Hamed Cəlali Kaşani, reklam xatirinə koronavirusa yoluxmaq istədiyini söylədi, sonra bu infeksiyaya tutuldu və… öldü.

Virtualaz.org bildirir ki, bu barədə “Al-Arabiya” telekanalı məlumat yayıb.

Telekanalın bildirdiyinə görə, Kaşani 28 fevral gecəsi koronavirusun yaratdığı fəsadlar səbəbindən ölüb. Əlavə məlumat verilmir.

Bundan daha əvvəl, fevralın 21-də isə həmin şəxs Twitter hesabında ona qrip diaqnozu qoyulduğu barədə bir qeyd yayımlayıbmış.

“Mən istəyərdim ki, bu koronavirus və ya ona bənzər bir şey olsun ki, ondan nəsə “qapa” biləydim”, – deyə o vurğulayıbmış.

Kaşani həm də iddia edirmiş ki, İranda xəstələrin sürətlə artması ilə bağlı məlumatları, fevralın 21-də ölkədə keçirilən parlament seçkilərində seçicilərin fəallığını azaltmaq üçün yayırlar.

Son məlumatlara görə, İranda 593 koronavirus infeksiyası halı qeydə alınıb, 43 nəfər ölüb. İnfeksiya İran parlamentinin 5 deputatında da aşkar edilib.