MƏŞHUR “AZZA” MÜŞTƏRİLƏRƏ HARAM SOSİSKANI NECƏ SATIR? – PROFESSOR AÇIQLADI/FOTObackend

MƏŞHUR “AZZA” MÜŞTƏRİLƏRƏ HARAM SOSİSKANI NECƏ SATIR? – PROFESSOR AÇIQLADI/FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sizə AZZA-dan bəhs edim, çünki etdikləri davranış qanunsuzdur və müştərilərini yanıldır.
AZZA sadəcə tort və şirniyyat satmır, həm də tərkibində DONUZ əti olan kolbasa-sosiska məhsullarını satır.
Donuz əti satmaq qanunla qadağan deyil, onu yeyən də var, lakin məhsulun tərkibi haqqında onun üstündə Azərbaycan dilində məlumat olmalıdır”. TİA. Az xəbər verir ki, bunu beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev yazıb. Onun sözlərinə görə, AZZA isə arxasında balaca hərflərlə “pork”, “pork meat” yazıları olan ət məhsullarını əhaliyə satır: ”


Vətəndaşlarımızın ciddi sayılacaq hissəsi donuz əti yemir, dini səbəblərlə. İndi AZZA-dan neçə nəfər bu şəkildə donuz tərkibli kolbasa sosiska alıb, ingilis dilində bilmədiyi üçün də onları bəh-bəhlə aşırıb, bax bu bilinmir. Bu səbəblə Azərbaycan dilində məhsulun tərkibi haqqında məlumat verməməklə AZZA sadəcə Nazirlər Kabinetinin 94 saylı qərarını pozmaqla yetinmir, həm də dini səbəblərlə donuz ətini yeməyənlərin dini inancına hörmətsizlik edir.
Ümid edirəm ki şirkət rəhbərliyi bu məsələdə həssaslıq göstərib müştərilərindən üzr istəməklə yanaşı, bu cür məhsullar üzərində tərkibi barəsində öz dilimizdə məlumat verəcəkdir”.

TİA. Az