Məşhur aparıcı efirdə həkimlərdən üzr istədi-SƏBƏBbackend

Məşhur aparıcı efirdə həkimlərdən üzr istədi-SƏBƏB

Türkiyənin ATV kanalında yayımlanan verlişində onunla maraqlanmayan həkimləri tənqid edən Mügə Anlı tibbi işçilərindən üzr istəyib.

Sonxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tanınmış aparıcı Mügə Anlı başında olan ağrılara görə iynə vurdurmaq üçün xəstəxanaya gedib. Lakin koronavirusa görə iynəni xəstəxanada deyil, avtomobilində vurdurmaq istəyib. Lakin rədd cavabı alıb.

Bundan əsəbləşən aparıcı verilişində tibb işçilərini tənqid edərək bildirib ki, sonra deyirlər ki, həkimlərlə yaxşı davranmaq lazımdı.

Aparıcının bu sözləri izləyicilərin tənqidinə səbəb olub.

Mügə Anlı növbəti verilişində onun sözlərinin yalnış anlaşıldığını bildirərək, sözlərindən qəlbi qırılan varsa, üzr istədiyini bildirib.

Aysel Yusifqızı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
www.tia.az