Məşhur ABBA qrupu yenidən qayıdırbackend

Məşhur ABBA qrupu yenidən qayıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçin əfsanəvi ABBA qrupu 2021-ci ildə bir neçə yeni mahnı buraxacaq.

TİA.AZ-ın məlumatına görə, bu barədə musiqi kollektivinin iştirakçısı Byorn Ulveusa istinadən The Independent” nəşri yazıb.

Ulveus qeyd edib ki, qrup beş yeni mahnı yazıb. Həmin mahnıları 2020-ci ildə buraxmaq planlaşdırılıb, ancaq texniki çətinliklərə və koronavirus pandemiyasına görə relizləri təxirə salmaq lazım gəlib.

ABBA qrupu son albomunu 1982-ci ildə buraxıb. Bununla belə, qrupun ictimaiyyət qarşısında ifa edilməyən bəzi mahnıları 90-cı illərdə yayılıb. Qeyd edək ki, beynəlxalq “Eurovision” mahnı müsabiqəsi tarixində ən böyük mahnı ABBA-ya məxsusdur. Bu, “Waterloo” mahnısıdır.