Tribuna İnformasiya Agentliyi

Məşhur müğənni səhnədə huşunu itirdi – VİDEO

27 Mart

Türkiyəli müğənni Serdar Ortaçın konsert zamanı halı qəfil pisləşib. 

Türkiyəli müğənni Serdar Ortaçın konsert zamanı halı qəfil pisləşib.

TİA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Serdar Ortaç Bolqarıstanın Svilengrand şəhərində konsert verib. Lakin konsert vaxtı bomba bildirişinə görə qırmızı həyəcan siqnalı verilib. Xüsusi əyləncə mərkəzində verilən konsert bomba xəbərindən sonra məkan boşaldılıb. Bulqar polisləri dərhal ətrafda təhlükəsizlik tədbirləri görüb.

Bir müddət küçədə gözləyən yüzlərlə adam təhlükəsizlik tədbirlərindən sonra yenidən içəri alınıb. Baş verən bütün bu gərginliklərə baxmayaraq, səhnəyə çıxan Sərdar Ortaç konsertə gələnləri əyləndirib. Lakin son mahnısını oxuyan zamanSərdar Ortaçın halı pisləşib və huşumu itirib.

Müğənnini köməkçiləri konsert sahəsindən çıxarıb təcili xəstəxanaya aparıb. Qeyd edək ki, müğənninin halının fəqərələrarası yırtıq xəstəliyindən dolayı pisləşdiyi ehtimal edilir.