Tribuna İnformasiya Agentliyi

Məşhur jurnal səhvən Klintonu prezident etdi – FOTO

11 Noyabr

ABŞ-ın “Newsweek” jurnalı səhvən Hilari Klintonun prezident seçkilərində qalib gəlməsi haqqında nömrə satışa çıxarıb. 

ABŞ-ın “Newsweek” jurnalı səhvən Hilari Klintonun prezident seçkilərində qalib gəlməsi haqqında nömrə satışa çıxarıb.

Bu barədə TİA.AZ  azvision.az-a istinadən xəbər verir.

Məlumata əsasən jurnal hər bir namizədin qalib gəlməsi ehtimalı ilə əlaqədar iki variant hazırlayıb. Hər iki tiraj distributor olan “Topix Media” şirkətinə göndərilib. Lakin şirkət Klintonun qalib gələcəyin əmin olduğundan mağazalara yalnız jurnalın bir variantını göndərib.

Nəticədə çərşənbə günü mağazalarda “Madam prezident” başlıqlı jurnal çıxıb. Cəmi 17 nəfər bu başlıqlı jurnalı ala bilib.

Ümumilikdə bu nüsxə 125 min tirajla satışa çıxarılıb. Bundan sonra jurnal tirajı geri çağırıb və oxuculardan üzr istəyib.

Bəzi ekspertlər hesab edir ki, Klintonun seçkilərdə qələbəsini əks etdirən kolleksiya nəşri kimi jurnal sahiblərinə daha artıq gəlir gətirə bilərdi.

Qeyd edək ki, bu ilk belə bir səhv deyil. Belə ki, 1948-ci ildə keçirilən prezident seçkilərində Harri Trumen rəqibi Tomas Dyui qalib gələrək prezident seçilib. Həmin vaxt “Chicago Daily Tribune” qəzeti “Dyui Trampa” qalib gəldi başlıqlı məqalə dərc etmişdi. Qəzet yeni seçilən nəşrin əlinə keçir və bu səhv prezidentin xoşuna gəlir.