Tribuna İnformasiya Agentliyi

Məşhəddəki zəlzələdə 4 kənd dağıldı: Ölən və yaralananlar var

05 Aprel

Trend-in verdiyi son məlumata görə, Məşhəd şəhərində qeydə alınan 6 bal gücündə zəlzələ nəticəsində 1 nəfərin öldüyü, daha 5 nəfərin yaralandığı bildirilir. 

Trend-in verdiyi son məlumata görə, Məşhəd şəhərində qeydə alınan 6 bal gücündə zəlzələ nəticəsində 1 nəfərin öldüyü, daha 5 nəfərin yaralandığı bildirilir

Təkanlar əsasən 4 kənddə ciddi dağıntılar törədib

“Report” xəbər verir ki, məlumatı ABŞ-ın Geoloji Araşdıma Mərkəzi yayıb.

İnformasiyaya əsasən, yeraltı təkanlar 33 km dərinlikdə meydana gəlib.

Məlumata görə, zəlzələ ölkənin Məşhəd şəhərindən 76 km qərbdə baş verib.

İran KİV-i isə ölkənin Cənubi Xorasan əyalətinin Şuşef şəhərində 11 dəfə zəlzələ baş verdiyi barədə məlumat yayıb. İlk yeratlı təkanın 4,7 bal gücündə olduğu bildirilib.

Ölkənin Urmiya əyalətinin Xoy şəhərində isə 3,4 bal gücündə zəlzələ qeydə alınıb