MƏŞĞULLUQ AGENTLİYİ “MTN İŞİ”NDƏ ADI KEÇƏN AKİM BƏDƏLOVUN ŞİRKƏTİNDƏN OFİS KİRAYƏLƏDİ – ARAŞDIRMAbackend

MƏŞĞULLUQ AGENTLİYİ “MTN İŞİ”NDƏ ADI KEÇƏN AKİM BƏDƏLOVUN ŞİRKƏTİNDƏN OFİS KİRAYƏLƏDİ – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşğulluq Agentliyi ümumi sahəsi 2000-2300 kv. metr olacaq ofis sahəsini 24 ay müddətində icarəyə götürüb və qalib şirkətə 743 min 853 manat 12 qəpik vəsait ödəyəcək. TİA.Az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov açıqlayıb. Onun sözlərinə görə,
həmin obyektin sahibi də keçmiş məmurlardandır.
İnternet axtarış zamanı bəlli oldu ki, söhbət “Macaz Construction” MMC ilə müqavilə bağlanmasından gedir. Müqavilənin dəyəri isə 743 min 853 manatdır.
“Macaz Construction” MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Rəşad İsmayılovdur.

Araşdırma zamanı öyrəndik ki, “MACAZ Construction” MMC Bakı Ağ Şəhərdə “Era Tower” yaşayış binalarının tikintisini həyata keçirir. Binalardan mənzil alanlar cari ilin iyul ayında iddia etmişdilər ki, 2013-cü ildən tikintisi başlayan “Era Tower” yaşayış binası hələ də təhvil verilməyib. Sözügedən 22 mərtəbəli binanın tikintisi təxminən 3 ildir dayanıb. Səbəb kimi isə sakinlərə binanın tikintisi üçün ayrılan pulun xərcləndiyi bildirilib. Bu səbəbdən 50-yə yaxın alıcı hələ də illərdir pulunu verib həsrətini çəkdikləri evə sahib ola bilməyiblər.

Həmçinin şikayətçilər bildirmişdilər ki, “MACAZ Construction” MMC-nin əsl sahibi Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sabiq sədri Akim Bədəlovdur. A. Bədəlov qalmaqallı addır, uzun müddət MTN işində ismi hallanıb və böyük cəncəlli işlərə qarışıb. İndi Məşğulluq Agentliyi onun şirkətindən ofis, icarəyə götürür. Görünür ki, Aslan İsmayılov da məmur deyərkən onu nəzərdə tutub.

Hüquqşünas deyir ki, Bakı Gömrük Baş İdarəsi, Vergilərin bir çox qurumları, YAP rayon qərargahları, hətta məhkəmə binaları da məmurlara məxsusdur. Bu cür onlarla obyektlər var ki, məmurlar büdcədən oğurladıqları pullar hesabına tikdirdiyi obyektləri dövlət idarələrinə icarəyə verirlər. Tək bu oğurluğun qarşısı alınsa, büdcəyə yüz milyonlar qayıtmış olar – vəkil belə deyir

TİA.Az