Məşədi İbadın Gülnazı vəfat etdibackend

Məşədi İbadın Gülnazı vəfat etdi

Azərbaycanın tanınmış aktrisası və diktoru Tamara Gözəlova-Ağamirova mayın 8-də dünyasını dəyişib.

Bu haqda mərhumun ailəsinə yaxın şəxslər bildiriblər.

Tamara Gözəlova-Ağamirova Azərbaycan kinosunun şah əsəri sayılan, Üzeyir Hacıbəyovun eyni adlı operettası əsasında çəkilən ilk rəngli və tammetrajlı, el arasında “Məşədi Ibad” adıyla məşhurlaşan “O olmasın, bu olsun” filmində məşhur Gülnaz rolunu canlandırıb.

Tamara Gözəlova-Ağamirova 1940-cı il fevralın 14-də Bakıda, İçərişəhərdə ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbi, 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. 1965-ci ildən 2011-ci il yanvarın 18-nə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb.

1956-59-cu illərdə Bakı Televiziya Studiyasında işə başlayan T.Gözəlova Azərbaycan Dövlət Televiziyasının ilk xanım diktoru olub.

Bir oğlu var.

Allah rəhmət eləsin…  /Modern.az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki