Mərkəzi Bankın “şəffaflıq” sözünə allergiyası var (ŞƏRH)backend

Mərkəzi Bankın “şəffaflıq” sözünə allergiyası var (ŞƏRH)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İqtisadçı ekspert Rövşən Ağayev Mərkəzi Bankın şəffaflıq problemlərini qabardıb.
Ekspert ölkənin strateji maraqlarının Mərkəzi Bank və Statistika Komitəsinin son dərəcə şəffaf olmasını tələb etdiyini deyib:
“Dövlət idarəetməsində peşəkarlığın 2 meyarı varsa, biri mütləq şəffaflıqdır.
Mərkəzi Bankın (MB) “şəffaflıq” sözünə allergiyasının olması barədə dəfələrə yazmışam. Bu dəfə birini də yazım.
Bir sıra ölkələrin mərkəzi bankları müntəzəm olaraq “bank sektorunda likvidlik profisiti/defisiti” göstərcisinə dair informasiyaları detallı şəkildə hər kəs üçün açıq saxlayırlar. Azərbaycanda kimsə belə bir adda göstərici, onun dinamikasında və strukturunda baş verən dəyişikliklərə dair rəsmi izahatlar görübmü? MB-nin heç bir bülletenində qarşıma çıxmayıb. Başqa bir adda var, amma yarımçıq və qapalı formada.
Bank sektorunda likvidlik profisiti o zaman yaranır ki, kommersiya banklarının Mərkəzi Bankdakı resursları onların Mərkəzi Bankdan cəlb etdiyi resursları üstələyir. Bu, iqtisadiyyat üçün neqativ situasiyadır – iqtisadiyyatın resurs tələbatı zəifdir. İqtisadiyyat inkişafa meyilli deyil.
Bank sektorunda likvidlik defisiti isə bunun əksidir – bankların Mərkəzi Bankdakı resurslarından daha çox resursu həmin kanaldan cəlb etməsidir. Bu isə pozitiv situasiyadır – iqtisadiyyat inkişaf üçün resurs tələb edir, banklar qarşılaya bilmədikləri üçün MB-dən cəlb etməyə məcburdur.
Bizdə durum necədir? Nəhəng profisit var. Hazırda MB-nin kommersiya bankları qarşısında xalis tələbinin həcmi 7.2 mlrd. manata yaxındır. “Xalis tələb” dedikdə MB və kommersiya banklarının bir-birində yerləşdirdiyi resursların saldosu başa düşülür.
MB-nin kommersiya banklarına təqdim etdiyi resursları bilirsiniz: valyuta svopları, repo əməliyyatları, mərkəzləşdirilmiş kreditləşmə çərçivəsində verilən resurslar.
Kommersiya banklarının MB-yə qarşı tələblərinin də təxmini strukturunu bilirsiniz: strelizasiya (depozit və not hərracları) əməliyyatları, ehtiyat normaları, bloklaşdırılmış əməliyyatlar çərçivəsində MB-də yerləşdirilən vəsaitlər, eləcə də MB-dəki müxbir hesablarda saxlanması mümkün olan resurslar.
Bəs niyə Azərbaycan Mərkəzi Bankı bu qarşılıqlı tələblərin strukturu ilə bağlı hər ayın sonuna statistika açıqlamağa, struktur likvidlik profistinin (yaxud defisitinin) hansı elementlər hesabına formalaşdığını görməyə imkan yaratmır? Eləcə də sadalanan göstəricilərdə baş verən dəyişikliklərə dair rəsmi şərhlər verməyə ehtiyac hiss etmir?
Bunlar ki, təhlillərdə siyasi sui-istifadə üçün əsas verəcək göstəricilər deyil. Məsələn, müxbir hesablardakı vəsaitlərin qalıqlarını açıqlayanda bunun hansı hissəsinin kommersiya banklarının bir-birilərində olan hesablarına, hansı hissəsinin MB-dəki müxbir hesablara aid olduğunu göstərəndə dövlət sirri yayılmış olurmu?”
Rövşən Ağayev

Ekspert