Mərkəzi Bankın hazırkı binası söküləcək? (AÇIQLAMA)backend

Mərkəzi Bankın hazırkı binası söküləcək? (AÇIQLAMA)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Son günlər sosial şəbəkələrdə geniş müzakirə olunan məsələlərdən biri də Mərkəzi Bankın yeni inzibati binası tikildikdən sonra könə binanın sökülüb-sökülməyəcəyidir. Bəzi iddialara görə, yeni inzibati binadan sonra Rəşid Behbudov küçəsində yerləşən hazırkı bina söküləcək.
Məsələ ilə bağlı Axar.az-ın sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu bildirib ki, Mərkəzi Bankın hazırkı binasının söküntüsü planlaşdırılmır:
“Mərkəzi Bankın yeni inzibati binasının tikintisi planlaşdırılır. Hazırki binanın söküntüsü ilə bağlı Komitəyə müraciət edilməyib”.