Mərkəzi Bankdan zərər ilə işləyən banklara dair açıqlamabackend

Mərkəzi Bankdan zərər ilə işləyən banklara dair açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın bank sektoru 2021-ci ilin ilk 6 ayını 366 milyon manat xalis mənfəət ilə başa vurub. Bu dövrdə bankların əməliyyat mənfəəti 502 milyon manat təşkil edib. Cari ilin 6 ayı ərzində banklar tərəfindən 62,8 milyon manat mənfəət vergisi ödənilib”. 

TİA.AZ xəbər verir ki, bunu keçirilən mətbuat konfransında Mərkəzi Bankın Baş direktoru Toğrul Əliyev bildirib.

Baş direktor əlavə edib ki, 2021-ci ilin ilk birinci yarısını 22 bank 372 milyon manat xalis mənfəət ilə, 4 bank isə 6,3 milyon manat xalis zərər ilə başa vurub:

“Xalis zərər 3 bankda əməliyyat xərclərinin əməliyyat gəlirlərini üstələməsi, 1 bankda isə ehtimal olunan kredit zərərləri üçün ehtiyatların yaradılması ilə əlaqədar olub. Zərər ilə fəaliyyət göstərən bankların kapitalları üzləşdikləri risklərin absorsiyası üçün yetərlidir və onların maliyyə dayanıqlıqları üçün hər hansı bir təhlükə yaratmır. Bu zərər bank sistemi üçün də təhdid yaratmır”.