Tribuna İnformasiya Agentliyi

Mərkəzi Bank yeni məzənnəni açıqladı

09 Dekabr

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. 

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

Mərkəzi Bankdan TİA.AZ-a verilən məlumata görə, bu gün ABŞ dollarının məzənnəsi dekabrın 8-i ilə müqayisədə 0,35% artaraq 1,7430 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşaraq 1,8487 manat olub.

Rusiya rublu 0,36% bahalaşaraq 0,0275 manata çatıb.

Türkiyə lirəsinin məzənnəsi 1,66% zəifləyərək 0,5050 manat təşkil edib.

1 ingilis funt sterlinqi 0,2% azalaraq 2,1929 manat olub.

Gürcüstan larisinin məzənnəsi isə 0,24% ucuzlaşaraq 0,6756 manat olub.