Tribuna İnformasiya Agentliyi

Merkeldən vida nitqi

08 Dekabr
Almaniya kansleri Angela Merkel Xristian Demokratlar Partiyasında sonuncu dəfə sədr kimi çıxış edib.
Qaynarinfo xəbər verir ki, Merkel 18 ildir rəhbərlik etdiyi Xristian Demokratların 31-ci qurultayında partiya üzvləri ilə vidalaşıb. Vida mərasimində emosional anlar yaşanıb. Kansler partiyanın son illərdə itirdiyi nüfuzunun növbəti dövrlərdə geri qayıdacağına inandığını dilə gətirib.