MERKEL ÜZRXAHLIQ ETDİ – “Özil Almaniya millisi üçün çox şey edib”backend

MERKEL ÜZRXAHLIQ ETDİ – “Özil Almaniya millisi üçün çox şey edib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya millisini tərk edən Mesut Özil ilə bağlı Almaniyadan açıqlama verilib. Almaniya hökumətinin mətbuat nümayəndəsi, Angela Merkelin adından açıqlama verərək deyib: “Merkel Özilə böyük qiymət verir, o, gözəl futbolçudur. Milli komanda üçün çox şey edib. Merkel Məsut Özilin qərarına hörmətlə yanaşır”.

Merkelin adından verilən açıqlamada daha sonra deyilir: “Almaniya mühacir vətəndaşlarını hər zaman bağrına basmağa davam edəcəkdir”.

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti R.T.Ərdoğan ilə birgə foto çəkdirdikdən sonra irqçilərin hücumuna məruz qalan türk əsilli Almaniya vətəndaşı Məsut Özil Almaniyanın milli komandasını tərk elədiyini açıqlayıb. Ulduz futbolçu sosial şəbəkədəki açıqlamasında yazıb: “İrqçilik və hörmətsizlik hiss elədiyim üçün artıq futbol üzrə Almaniya milli komandasının formasını geyməyəcəyəm. Bu formanı əvvəllər böyük həyəcanla geyinirdim, amma artıq belə deyil. Komanda yoldaşlarım, texniki heyət və Almaniyanın yaxşı insanları üçün heç nəyi əsirgəmədiyim üçün bu qərarı verməyim çox çətin oldu. Federasiyanın səlahiyyətli şəxslərinin mənim türk mənşəyimə hörmətsizlik edib, siyasi təbliğat vasitəsinə çevirdikləri kifayətdir. İrqçilik əsla qəbul edilə bilməz”.

Almaniya Futbol Federasiyasının sədri Reynhard Qrindeli də tənqid edən Məsut yazıb:“Sizin davranışınız məni məyus eləsə də, təəccübləndirmədi. 2004-cü ildə parlament üzvü olarkən alman şəhərlərində islam mədəniyyətinin həddən artıq yayıldığını bildirərək, çoxmədəniyyətliliyi bir yalan kimi qiymətləndirmiş, ikili vətəndaşlıq qanununa qarşı çıxmışdınız. Bu, unudulacaq və bağışlanacaq bir şey deyil”.

“Yenə çəkdirərdim”

Mesut Özil bildirib: “Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşüm siyasət və ya seçkilərlə əlaqədar deyildi. Mənim üçün prezident ilə şəkil çəkdirmək ailəmin ölkəsinin ən yüksək vəzifəli şəxsinə hörmət göstərmək idi. Son görüşümüzdə siyasət barəsində deyil, hər görüşümüzdə olduğu kimi futboldan danışdıq. Son seçkidə və ya seçkidən əvvəl də o gün olduğu kimi yenə də şəkil çəkdirərdim”.

29 yaşlı futbolçu açıqlamasına belə davam edib: “Qalib gələndə alman, uduzanda qaçqın oluram. Yoldaşların Podolski və Klose heç vaxt polyak-alman hesab edilmədi. Mənə niyə türk-alman kimi fərq qoyurlar? Türkiyədən olduğum üçün? Müsəlman olduğum üçün?”

Картинки по запросу özil erdogan

Ərdoğanın mətbuat katibi: “Tolerantlıq haradadır?”

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Mesut Özilin sözləri ilə bağlı açıqlama verib:“Prezidentimiz ilə niyə görüşdüyünü, bu gün olsa, yenə görüşəcəyini söyləyir. Onu bu xarakter bütövlüyünə görə təbrik edirəm. Lakin Məsut bəyin bu dövrdə necə bir təzyiqə məruz qaldığını düşünün. Nəzakət, tolerantlıq, rənagarənglik… Harada qaldı?”

Böyük zəfərin qəhrəmanı

Mesut Özil Almaniya milli komandasnın formasını ilk dəfə 2009-cu ildə və ümumilikdə 92 dəfə geyinib. Bu oyunlarda 23 dəfə qol vurub, 40 dəfə məhsuldar ötürmə verib. “Şalke”, “Verder Bremen” və “Real Madrid” kimi klubların ardından “Arsenal”da forma geyən 29 yaşlı futbolçu 2014-cü ildə dünya çempionu olan Almaniya milli komandasının uğurunda baş rolların ifaçılarından biri olub.

Xatırladaq ki, Premyer-liqada oynayan türk futbolçular Cenk Tosun, Mesut Özil və İlkay Gündoğan, cari ilin may ayında Londonda prezident Ərdoğan ilə görüşərək fotoşəkil çəkdirmişdilər. Bundan sonra türk əsilli alman futbolçu Mesut Özili Almaniyada qaralamağa başlamışdlar. Almaniyanın radikal sağ partiyası AFD-nin idarə heyətinin üzvü Beatriks Von Storç isə Almaniya millisinin futbolçusunu “uğursuz bir adaptasiyanın modeli” adlandırmış, demişdi ki, Rəcəb Tayyib Ərdoğanla foto çəkdirən bir adam alman ola bilməz:

“Özilin Almaniya pasoportu var. Amma o alman deyil. Milli marşı oxumayan və Ərdoğan ilə foto çəkdirən alman ola bilməz. O, uğursuz bir uyğunlaşma prosesinin rol modelidir”.(hurriyyet.org)