Meriyaya 6,5 milyonluq nəqliyyat vasitəsi satan şirkət kimindir?backend

Meriyaya 6,5 milyonluq nəqliyyat vasitəsi satan şirkət kimindir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi və Bakı şəhər Fəvvarələrin İstismar İdarəsi tərəfindən keçirilən tender müsabiqələrinin qalibi “Az-Tex-İmort” MMC (VÖEN-2004502101) olub.

“Az-Tex-İmort” MMC Bakı şəhər İcra Hakimiyyətinin sifarişi ilə bu quruma nəqliyyat və xüsusi texnikalar satacaq.

“Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi “Az-Tex-İmort” MMC-yə 754 manat 997 manat 4 qəpik, Fəvvarələrin İstismar İdarəsi isə 967 min 775 manat 82 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, “Az-Tex-İmort” MMC 19.07.2017-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 226 min 10 manat olan MMC-nin hüquqi ünvanı Xətai rayonu, Telnov, ev 2347/48, m. 290-da yerləşir. Qanuni təmsilçisi İbadullayev Samir Sahib oğludur.

Samir İbadullayevin qanuni təmsilçisi olduğu daha bir şirkət 06.10.2016-cı il tarixində Nizami rayonu, Qara Qarayev, ev 66 m.25 ünvanda qeydiyyata alınan “Arletta” MMC-dir.

Qeyd edək ki, açıq internet resurslarda barəsində hər hansı bir məlumat olmayan “Az-Tex-İmort” MMC son bir neçə ay ərzində Bakı şəhər İcra Hakimiyyəti, “Bakubus” və Bakı Nəqliyyat Agentliyinin keçirdiyi çoxsaylı tender müsabiqələrinin qalibi olub.

“Az-Tex-İmort” MMC son bir neçə ayda:

– “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinə – 754 min 997 manat 4 qəpiklik,

– Bakı şəhər Fəvvarələrin İstismar İdarəsinə (15.01.2021) – 967 min 775 manat 82 qəpiklik,

– Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinə (10.02.2020) – 945 min 180 manatlıq,

– Yaşıllaşdırma Təəsrrüfatı Birliyinə (09.12.2020) – 717 min 773 manat 94 qəpiklik,

– Mənzil Kommunal Təsərrüfatı Birliyinə (04.01.2021) – 980 min 914 manatlıq,

– 3 saylı Mənzil Kommunal Təsərrüfatı Birliyinə (12.01.2021) – 912 min 820 manatlıq,

– “Bakubus” MMC-yə (03.12.2020) – 6 milyon 869 min 236 manat 83 qəpiklik,

– Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə (08.12.2020) – 158 min 120 manatlıq,

– “Bakubus” MMC-yə (01.12.2020) – 2 milyon 888 min 493 manat 69 qəpiklik,

– Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə (05.02.2021) – 988 min 722 manatlıq,

– Bakı Nəqliyyat Agentliyinə (05.05.2020) – 294 min 900 manatlıq müxtəlif təyinatlı nəqliyyat vasitələri satıb.

yeniavaz.com