MERİYANIN EVYIXANI ZÜLFƏLİ İSMAYILOV YENƏ İŞ BAŞINDA: BU DƏFƏ ELDAR ƏZİZOV ONU QABAĞA VERİB – FAKTbackend

MERİYANIN EVYIXANI ZÜLFƏLİ İSMAYILOV YENƏ İŞ BAŞINDA: BU DƏFƏ ELDAR ƏZİZOV ONU QABAĞA VERİB – FAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Yusif Səfərov küçəsində yerləşən yaşayış massivində insanlıq dramı yaşanıb. Ötən gündən etibarən həmin kadrları görənlər mülkiyyət vandallığını lənətləyir. Heç bir halda məmurun ixtiyarı yoxdur ki, vətəndaşın ev-eşiyini başına yıxsın. TİA.Az bildirir ki, hələ Hacıbala Abutalıbovun Bakının icra hakimi olduğu dövrdən qəddarlığı və evyıxanlığı ilə ad çıxarmış, “Qış bulvarı”nda onlarla tikintini vəhşicəsinə uçurmuş BŞİH-in şöbə müdiri Zülfəli İsmayılov yenə işini davam etdirir. İndi onun bu “ayı xidməti”ndən indiki mer Eldar Əzizov yararlanır. Y. Səfərov küçəsində yaşanan özbaşınalığın başında da həmin zülmkar Zülfəli İsmayılov dayanır.

Vəkil Cavad Cavadov qeyd edir ki, vətəndaşlardan zorla alınması tələb olunan binanın köçməyən sakinlərinin evlərinin qapılarını sındırıb içərisini dağıtmağa başlayıblar.
Bu işlərə də Bakı şəhər İcra Hakimiyyətininin vəzifəli şəxsi Zülfəli İsmayılov nəzarət edir və tapşırıqlarını verir.
Vəkil bildirir ki, 27 iyul 2022-ci ildə hüquqlarını müdafiə etdiyim və mənzilini icra hakimiyyətinin şərtləri ilə satmayan Solmaz Həmidovanın 10-cu mərtəbədə yerləşən 34 saylı mənzilinin qapısı sındırılıb, mənzilin içərisi dağıdılmış və mənzil yaşayışa yararsız hala salınmışdır: “Bütün qanunsuzluqlar video kameralara düşmüşdür.
Bu əslində qanunsuzluq deyil, vandallıqdır, barbarlıqdır. Bakı Şəhər İcra Hakimiyyətindən tələb edirəm ki, vandallarını çəksin və Azərbaycan Respublikasının Baş Prokurorluğundan, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən xahiş edirəm hazırki müraciətə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 204-207-ci maddələrinə əsasən şikayət kimi yyanaşıb bu qanunsuzluğa rəhbərlik edən edən, iştirak edən şəxslər barəsində cinayət işi başlanılsın”.

TİA.Az