“Meqa Sığorta” 7 milyon manatdan çox pul itirdi – YIĞIMLARDA GERİLƏMƏ DAVAM EDİRbackend

“Meqa Sığorta” 7 milyon manatdan çox pul itirdi – YIĞIMLARDA GERİLƏMƏ DAVAM EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Meqa Sığorta” ASC-nin son bir il ərzində yığmlarında, o cümlədən satışlarında kəskin azalma olub. Bu azalma tendensiyası isə son bir ildir ki davam edir.

FED.az Azərbaycan Mərkəzi Bankının cari ilin yanvar-sentyabr ayı üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, şirkət bu ilin ilk 9 ayı ərzində 18,509 mln. manat həcmində sığorta haqqı toplayıb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,149 mln. manat və ya 27,86% az olub.

Qeyd edək ki, cari ilin əvvəlindən etibarən Azərbaycan Mərkəzi Bankın sığorta şirkətləri üzrə açıqladığı dövrü hesabatlarda “Meqa Sığota” şirkətinin yığım üzrə göstəricilərində artım qeydə alınmır.

Şirkət  açıqlamasında bildirmişdir ki, sığorta yığımlarında yaranan azalma bəzi layihələrin (müştərilərin Meqa Sığortadan uzaqlaşması, müqavilələrin dayandırılması) vaxtının bitməsi ilə bağlı olub.