Mənzurə ona ev bağışlayan şəxsə ərə gedir – VİDEObackend

Mənzurə ona ev bağışlayan şəxsə ərə gedir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sevgi işlərinə baş qoşmaq istəmirdim. Amma dedim ki, kimin qızından əskiyəm?”.

TİA.AZ xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musyaeva “7 canlı” verilişində deyib. Sənətçi sevgilisi olduğunu və ərə getməyə hazırlaşdığını açıqlayıb.

Sevgilisi efirə zəng edərək, Mənzurəyə evlilik təklifi edib:

“Verilişə çiçək göndərdim. əslində o, sənəd gözləyirdi. Mən ona ev hədiyyə edəcəm. Sənəd işləri həll olsun, evini də verəcəm. Söz vermişəm, üstündə də dururam”.

“Əsas ev, mal, pul deyil. Əsas sevgi, bir-birini başa düşmək və inanmaqdır. Mənim evə, mala, pula ehtiyacım yoxdur. Sadəcə, sevgiyə ehtiyacım var idi, onu da tapdım. Onu dünyalar qədər sevirəm. Sevgilim iş adamıdır” deyə, Mənzurə cavab verib.