“MedEra Hospital”da əməliyyat olunan xanım iflic oldu-  FOTObackend

“MedEra Hospital”da əməliyyat olunan xanım iflic oldu- FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“MedEra Hospital”da əməliyyat olunan xanım iflic oldu.

Minval.info xəbər verir ki, 30 yaşlı Günay Əliyeva (ad şikayətçinin istəyi əsasında gizli saxlanılır) cərrah Fərid Rəfiyevə mədə kiçiltmə əməliyyatı üçün müraciət edib.

Hər şey də bundan sonra baş verib. Şikayətçi bildirir ki, həkimin səhv müalicəsinə görə o, hazırda iflic olub: “Əməliyyatdan ay yarım sonra məndə qusmalar baş verdi. Həkimə müraciət elədim, karantinə görə analizdən keçə bilmədim. Bunu da həkimə dedim. Həkim də mənə dərman yazdı və başladım dərmanları qəbul etməyə. Bundan sonra mədəmdə uyuşmalar oldu. sonra bu ayaq barmaqlarıma qədər getdi, hiss etməməyə başladım. Bamraqlarımı hiss etmirdim və sonda iflic oldum.

Həkimin yazdığı dərmanın funksiyasını oxudum və gördüm ki, mədə, bağırsaq əməliyyatı olanlara bu dərmanı qəbul etmək olmazmış. Bunu dərhal həkimə bildirdim. O da boynunan atdı, dedi ki, ayağımdakı sinirdən olub. Mən də mədəmin uyuşmasını soruşdum. “Niyə dərmandan sonra bunlar baş verdi” sualıma isə cavab verə bilmədi. Məsuliyyətdən yayınmağa başladı.

Həmin xəstəxanaya getdim və ekspertiza tələb etdim. Həkim tez qanımı yudurtdu ki, sübut tapılmasın. Həmin xəstəxanada həkimlərdən biri mənə dedi ki, “Fərid Rəfiyevin xəstələrinin bəziləri koma vəziyyətdən gəlir xəstəxanaya”. Hazırda həkim ucbatından iflic qalmışam, yeriyə bilmirəm. Evdə hərəkətsiz halda qalmışam, müalicə alıram”.

Cərrah Fərid Rəfiyev - Publika.Az

Minval.info iddialarla bağlı Fərid Rəfiyevlə əlaqə saxlayıb. Həkim saytımıza açıqlamasında bildirib ki, şikayətçinin iddiaları əsassısdır: “Biz xanımı yanvar ayında əməliyyat etmişik. Bütün mədə kiçiltmə əməliyyatlarında olduğu kimi xəstəmizə eyni dərmanı yazmışıq. Bu, standartdır. Hər mədə kiçiltmə əməliyyatından sonra qusma, ürək bulantısı olur. Xanıma 1 ay sonra yenidən müayinə üçün gəlməsi lazım olduğunu bildirdim, amma xanım gəlmədi. 2 ay sonra zəng etdi ki, ayağı uyuşub. Ayağının keyiməsinin dərmanla heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə o təsiri verən dərman olmur. Üstəlik yazdığım dərmandan cəmisi 2 ədəd qəbul edib. Buna baxmayaraq şikayəti üzrə onu qəbul etdik. Məlum oldu ki, ayaqlarında yaranan problem sinir sistemi ilə bağlıdır. Nevropatoloqun qəbulunda oldu. Psixiatr yoxlamasından keçdi və diaqnozu qoyuldu. Xanımda ciddi psixoloji və nevroloji problemlər var. Müalicə edilirdi. Xanım özü bir müddət sonra müalicədən imtina etdi. Bizi isə indi hadisədə günahkar bilir. Özünə də demişik, bir daha deyirəm. Aidiyyəti qurumlara şikayət edə bilər. Araşdırılma aparılsın. Bizim günahımız varsa məsuliyyət daşımağa hazırıq. Amma bizim günahımız sübut olunmasa biz xanımdan şikayətçi olacağıq ki, bizim haqqımızda şər və böjtan xarakterli sözlər danışır. Nüfuzumuza xərəl gətirir”.