“Mənim vətənim başqa bir ölkəni dağıtdı” – Məşhur rus rejisor Rusiya rejimini pislədibackend

“Mənim vətənim başqa bir ölkəni dağıtdı” – Məşhur rus rejisor Rusiya rejimini pislədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı rejissor Kiril Serebrennikov mayın 18-də Kann Film Festivalında Ukraynadakı müharibəni pisləyib. O, festivalda “Çaykovskinin arvadı” filminin premyerasından sonra çıxış edib.

“Müharibəyə yox deyirəm. Mənim vətənim başqa bir ölkəni dağıtdı. Bu çox ağrılıdır, çox kədərlidir. Bütün insanlar, Avropa, hər iki tərəf üçün faciədir” –  deyə, bildirib.

Serebrennikovun sözlərinə görə, çox adam heç nə deyə bilmir və bəzən gücsüzlük, danışa bilməmək daha ağrılıdır.

Martda Rusiyadan qaçmış Serebrennikov hətta fevralın 23-də, işğal başlamazdan bir gün əvvəl deyirdi ki, Ukraynada müharibənin olacağına inanmır. Amma bu baş verdi.

Kannda incəsənət direktoru Tier Fremo deyib ki, “Çaykovskinin arvadı”nı festivala salıb-salmamağı çox götür-qoy ediblər. Bu filmi qismən sanksiyalar altında olan rusiyalı oliqarx Roman Abramoviç maliyyələşdirib. Təşkilatçıların filmin Rusiya dövlətinin dediyinin əksini göstərdiyini, müharibədən və sanksiyalardan əvvəl çəkildiyini nəzərə alaraq onu müsabiqəyə buraxıb.

“Çaykovskinin arvadı” festivalın “Qızıl Palma” mükafatına təqdim edilmiş 21 nominant arasında rusiyalı rejissor tərəfindən çəkilmiş yeganə filmdir.