“Məni öldürmək fikrindədirlər” – Kamil Zeynallı – FOTObackend

“Məni öldürmək fikrindədirlər” – Kamil Zeynallı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur fitnes məşqçisi Kamil Zeynallı sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.

Kamil paylaşımında onu öldürmək istədiklərini vurğulayıb.

O paylaşımına bu sözləri əlavə edib:

“Mənim Rusiyaya gedib-gəlməyim düşmən Ermənistanın bəzi saytlarında və sosial şəbəkələrdə xoş qarşılanmayıb, acıqlarına gəlib. Bunlar hələ də məni izləyirlər, ermənilərin mənə qarşı təxribatı hələ də bitməyib. Məni öldürmək və sui-qəsd etmək fikrindədirlər. Öz vətəndaşlarına harada olduğumu yazır və yerimi bildirirlər ki, gəlib mənə nəsə etsinlər”