“Məni daha çox paylaşdılar, nəinki qazini” – Xatirə İslam (VİDEO)backend

“Məni daha çox paylaşdılar, nəinki qazini” – Xatirə İslam (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Xatirə İslam intihar edən qazi ilə bağlı “instagram” hesabında paylaşım edib.

TİA.AZ xəbər verir ki, o,  Elvin Cəfərovun videosunu yayımlayaraq bunları əlavə edib

 

“Mənim təyyarə biletləri ilə bağlı dediyim sözü daha çox paylaşdılar, nəinki vətən uğrunda canından keçən səni. Biz beləyik, aramızda şou-biznesə meyilli insanlar daha çoxdur. Allah bu dünyaya kömək olsun, biz hara gedirik belə? Olan sənə, ailənə, balalarına oldu… Yenə də hər şey unudulacaq… Heyif bu oğullardan, çox heyif”.

Qeyd edək ki, bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən qazi Elvin Cəfərov ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. 35 yaşlı qazi dünyasını dəyişib.