Tribuna İnformasiya Agentliyi

“Mən həyatı sevirəm”- Hacıqabulda tədbir

03 Noyabr

TİA.AZ xəbər verir ki, Hacıqabul rayon Heydər Əliyev Mərkəzində  bu gün Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Mən həyatı sevirəm” adlı marifləndirici tədbir keçirildi.  

Tədbirin keçirilməsinin əsas məqsədi cəmiyyət üzvləri arasında sağlam həyat tərzinin və nigahdan əvvəl tibbi müayinənin təbliği, əhalinin, xüsusilə 

gənclərin reproduktiv sağlamlıq, ailə planlaşdırılması, erkən nigah və ziyalı vərdişlərinin(narkomaniya, alkoqolizm, siqaret, QİCS) yaratdığı fəsadlar 

barəsində maarifləndirilməsidir.

Tədbiri rayon icra Hakimiyyətinin müavini Zeynəb Əsgərova açdı, sonra Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət 

Komitəsinin sədrinin müavini Aynur Sofiyeva çıxış etdi.Kiçik video çarxa tamaşa edildikdən sonra tədbirdə din xadimi Həsrət Şıxalıyev, İdman və 

Gənclər idarəsinin rəisi saleh Ələsgərov, 10 saylı tam orta məktəbin şagirdi Mehdiyeva Gilas, evdar xanımlar, və s. çıxış etdilər.