“Məmur dəstəsi kasıb şəhid ailəsini futbol topu kimi oynadır” – Şəhid ailəsibackend

“Məmur dəstəsi kasıb şəhid ailəsini futbol topu kimi oynadır” – Şəhid ailəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yaşayış səviyyəsi aşağı olduğuna görə, işləmək üçün Bakıya getmişdik. Bu fürsətdən istifadə edən kəndimizin icra nümayəndəsi Əfqan Əliyev, 2010-cu ildən 2017-dək bizə verilən 5 hektar pay torpağına yiyələnib və istismar edib”.
Bu sözləri Şəki Rayon Aşağı Göynük kəndində yaşayan, şəhid qardaşı Əbdürəhimov Sadıq Məmmədəli oğlu Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Şikayətçinin sözlərinə görə, o, bir müddət sonra bu torpaq sahəsini məmurun əlindən bir təhər alıb, lakin bundan sonra onun qara günləri başlayıb.

“Həmin məmur indi də bezdirici yollarla torpağı mənim əlimdən almaq üçün bütün variantlara əl atır.

Belə ki, 2021-ci il 19 sentyabr tarixində mənə zəng edib bildirdilər ki, sənin yonca sahən ağzına kimi iribuynuzlu heyvanlarla doludur .Gedib baxdım ki, deyilənlər həqiqətdir. Kənd bələdiyyəsinə zəng etdim ki, “bu kimin heyvanlarıdır? Gəlin vəziyyəti öz gözlərinizlə görün”. Dedilər ki, “Əfqan Əliyevin xəbəri var və mən gələ bilmərəm”.

Səhəri gün anamla Əfqan Əliyevin qəbulunda olduq. Çöx hörmətsiz hala şahid olduq. Bu məmur siqareti yandırıb, xidməti otağında çəkməyə başladı. Etiraz etdim ki, bura ictimayi yerdi və siqareti söndür. Dedi ki, “özüm bilərəm. Otaq mənimdi mən bilərəm. Sən sözünü de”. Heyvanların yiyəsini soruşdum ki, kimindir? Dedi deyə bilmərəm, çox qorxulu adamdır. Etiraf etdi ki, “bəli mən satmışam sahəni örüş yeri kimi. Gələr dəymiş ziyanı ödəyər”.

Sentyabrın 21-də gedib gördük yenə həmin heyvanlar yonca sahələrimizi otlayır. Naxırı çıxarıb gətirdik icra nümayəndəliyin qabağına saldıq k,i bəsdir bizə ziyan vurmayın.

Çoban da etiraf etdi ki, “bizə sahəni Əfqan Əliyev verib, gedin sözünüzü ona deyin. Sahələrinizi örüş yeri kimi Şəki rayonun Qayabaşı icra nümayəndəsi Cabir Həsrətova satıb”.

Cabir isə həmin vaxt gəlib dedi ki, heyvanlarımı buraxın çıxıb gedirik öz kəndimiz Dərəcənnətə. Dəyən ziyanı isə ödəyərəm. Biz də bu vədə inandıq. Səhəri gün yenə eyni mənzərə ilə rastlaşdıq. Yenə 105 baş iribuynuzlu, 362 baş qoyunu gətirdik icra nümayəndəliyin qabağına ki, məhv elədin bütün sahələri.

Bu dəfə də sahə müvəkkili hadisə ilə bağlı izahatlar aldı ki sizə dəyən ziyan ödəniləcək, hevanlarıda buraxın getsin. Biz bu dəfə də heyvanları buraxdıq .O gündən bəri bizi salıblar süründürməçiliyə”.

Şikayətçinin sözlərinə görə, Şəki Aqrar İnkişaf Mərkəzinin nümayəndəsi Nazim Abdullayev də onu süründərməçiliyə salıb, müxtəlif bəhanələr gətirib.

“Gah dedi ki, qurumun rəhbəri işdən çıxıb, gah dedi mənə məktub gəlmiyib, gah da dedi yağış yağır. Bir sözlə gəlib dəymiş ziyanı rəsmiləşdirmədi.

Bu məmur dəstəsi kasıb şəhid ailəsini futbol topu kimi oynadırlar. Şəhid ailəsinə qarşı edilən bu qanunsuz hərəkətlərərə, özbaşınalıqlara son qoyulsun”,-deyə Sadıq

Əbdürəhimov bildirib.

Qeyd edək ki, yuxarıdakı qeyd olunan məsələ ilə bağlı dəfələrlə yazı dərc etmiş, dövlət qurumlarını ilə əlaqə saxlamışıq. Görünür ki, şəhid ailəsinin problemini həll etməkdə heç bir qurum maraqlı deyil.
Bizimyol.info