backend

Məmmədyarov və Nalbandyan Hamburqda görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan XİN rəhbəri Edvard Nalbandyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə görüş keçirilib. 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan XİN rəhbəri Edvard Nalbandyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə görüş keçirilib.

 TİA.AZ AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan “Twitter” səhifəsində yazıb.

Bildirib ki, görüş Hamburq şəhərində ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə baş tutub.

Azərbaycan XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dəvəti əsasında 8 dekabr tarixində gecə radələrində həmsədrlərin Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin birgə işçi şam yeməyi baş tutub:

“Hamburqdan görüşündən əvvəl Fransa xarici işlər nazirinin təklifi ondan ibarət idi ki, 2+3 formatında Hamburqda xarici işlər nazirləri səviyyəsində görüş keçirilsin. Təəssüf ki, Ermənistan tərəfinin destruktiv siyasəti və görüşlərdən qaçmaq siyasəti nəticəsində 2+3 formatında xarici işlər nazirləri səviyyəsində görüş baş tutmadı.

Şam yeməyi əsnasında həmsədrlərlə növbəti il üçün danışıqlar prosesinin davam etdirilməsi və gündəlikdə duran məsələlər ətrafında fikri mübadiləsi aparılıb”.