Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliyaya rəsmi səfərə yola düşüb. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliyaya rəsmi səfərə yola düşüb.
Bu barədə TİA.AZ-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Səfər əsnasında nazir Elmar Məmmədyarovun Portuqaliyanın rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.
Görüşlərdə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığın genişləndirilməsi, iqtisadi-ticarət və parlamentlərarası əlaqələrin inkişafı kimi məsələlər müzakirə olunacaq.