Tribuna İnformasiya Agentliyi

Məmmədyarov Portuqaliyaya gedib

15 Noyabr

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliyaya rəsmi səfərə yola düşüb. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliyaya rəsmi səfərə yola düşüb.

Bu barədə TİA.AZ-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Səfər əsnasında nazir Elmar Məmmədyarovun Portuqaliyanın rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.

Görüşlərdə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığın genişləndirilməsi, iqtisadi-ticarət və parlamentlərarası əlaqələrin inkişafı kimi məsələlər müzakirə olunacaq.