backend

Məmmədyarov Avropaya gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 7-də Brüssel şəhərində keçiriləcək NATO-nun Əfqanıstana Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin xarici işlər nazirləri toplantısında iştirak etmək üçün Belçikaya işgüzar səfər edəcək. 

XİN-in mətbuat xidmətindən TİA.AZ-a verilən məlumatda deyilir ki, E.Məmmədyarov həmçinin dekabrın 8-9-da Hamburq şəhərində keçiriləcək ATƏT-in 23-cü Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Almaniyaya işgüzar səfər edəcək.

Sözügedən tədbirlərdə Elmar Məmmədyarovun çıxışları və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.