Məmmədyarov – Aronyan: İlk oyun günündə hərəyə 2 qələbəbackend

Məmmədyarov – Aronyan: İlk oyun günündə hərəyə 2 qələbə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “New In Chess” adlı V mərhələsində həlledici raundun ilk görüşlərinə start verilib.

TİA.AZ-ın məlumatına görə, yarımfinalda ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 3-cü yer uğrunda görüşdə Levon Aronyanla (Ermənistan) üz-üzə gəlir. İlk oyun günündə heç-heçə qeydə alınıb – 2:2. Görüşlərin yarısı Məmmədyarovun, yarısı isə Aronyanın qələbəsi ilə başa çatıb.

Qalib mayın 2-də keçiriləcək ikinci final gününün yekununda müəyyənləşəcək. Qarşılaşmaların ardından qalib bilinməsə, tay-brek oynanılacaq.

Çempionluq oyununda isə Karlsenlə Nakamura üz-üzə gəlib. 4 görüşün yekununda dünya çempionu qalib gəlib – 3:1.

Çempionlar Turu: “New In Chess”

Final

21:00. Maqnus Karlsen (Norveç) – Hikaru Nakamura (ABŞ) – 3:1 (0,5:0,5; 0,5:0,5; 1:0; 1:0)

3-cü yer uğrunda görüş

21:00. Şəhriyar Məmmədyarov (Azərbaycan) – Levon Aronyan (Ermənistan) – 2:2 (0:1; 1:0; 0:1; 1:0)

Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirin qalibi 30 000 ABŞ dolları qazanacaq.